Bakıdakı Dünya kubokunun posteri təqdim olunub

Xəbərlər
22 Yanvar 2025 14:20
78
Bakıdakı Dünya kubokunun posteri təqdim olunub

Azərbaycan Gimnastika Federasiyası martın 6-9-da Bakıda keçiriləcək idman gimnastikası üzrə Dünya kuboku üçün poster təqdim edib.

İdman.biz xəbər verir ki, artıq turnirdə 38 ölkədən komandaların iştirakı təsdiqlənib.

İdmançılar alətlərdə yarışacaq və reytinq xalları qazanacaqlar.

Təsnifatda ən yüksək xal toplayan idmançılar "AGF Trophy" mükafatını alacaqlar.

İdman.biz

Məqalədə: