Ziqfred tərəfindən Bakıda batut gimnastikası üzrə seminar - FOTO

Xəbərlər
27 Yanvar 2025 16:27
114
Ziqfred tərəfindən Bakıda batut gimnastikası üzrə seminar - FOTO

Bakıda Milli Gimnastika Arenasında batut gimnastikası üzrə seminar keçirilib.

İdman.biz xəbər verir ki, tədbir Avropa Gimnastikasının batut gimnastikası üzrə Texniki komitəsinin üzvü Patrik Ziqfred tərəfindən baş tutub.

Seminarın ilk günündə idmançılara batut üzərində bədənin mövqeyinin qorunması, sadə tullanışlardan çətin kombinasiyalara keçid, düzgün enmə və digər texnikalar nəzəri və praktiki olaraq öyrədilib.

İdman.biz