Bakıda keçiriləcək Dünya kuboku üçün İspaniyanın heyəti

Xəbərlər
28 Yanvar 2025 16:14
99
Bakıda keçiriləcək Dünya kuboku üçün İspaniyanın heyəti

Bakıda təşkil ediləcək Dünya kubokunda İspaniyanın batut gimnastikası komandası dörd gimnastla təmsil olunacaq.

İdman.biz xəbər verir ki, fevralın 22-23-də Milli Gimnastika Arenasında keçiriləcək ilin ilk reytinqli turniri üçün heyətə David Franko, Raul Sançes, David Veqa və Xorxe Martin daxil edilib.

Bakıdakı Dünya kubokunda iştirak ispanlar üçün noyabrın 6-9-da öz ölkələrində (Pamplona şəhərində) keçiriləcək dünya çempionatına hazırlıq mərhələsi olacaq.

İdman.biz

Məqalədə: