Bakıdakı Dünya kubokunun püşkatması Lozannada keçiriləcək

Xəbərlər
1 Fevral 2025 12:55
62
Bakıdakı Dünya kubokunun püşkatması Lozannada keçiriləcək

Bakıda təşkil ediləcək batut gimnastikası və tamblinq üzrə Dünya kubokunun püşkatma mərasimi fevralın 4-də olacaq.

İdman.biz xəbər verir ki, tədbir Beynəlxalq Gimnastika Federasiyasının İsveçrənin Lozanna şəhərindəki baş qərargahında keçiriləcək.

Püşkatma zamanı gimnastların reytinqlərinə uyğun olaraq çıxış sırası müəyyən ediləcək.

Qeyd edək ki, fevralın 21-23-də keçiriləcək Dünya kubokunda təkcə fərdi batut yarışları deyil, həm də sinxron tullanma üzrə yarışlar olacaq. Qələbə uğrunda 15 ölkədən gimnastlar mübarizə aparacaqlar.

İdman.biz

Məqalədə: