Gimnastlar mövsümə Kottbusda başlayacaqlar

Xəbərlər
18 Fevral 2025 16:29
108
Gimnastlar mövsümə Kottbusda başlayacaqlar

Fevralın 20-23-də Almaniyanın Kottbus şəhərində idman gimnastikası üzrə Dünya kuboku keçiriləcək.

İdman.biz xəbər verir ki, ilin ilk turnirində Azərbaycan komandası da çıxış edəcək.

Heyətdə Nikita Simonov, İvan Tixonov, Rəsul Əhmədzadə, Murad Ağarzayev, Nazənin Teymurova və Dəniz Əliyeva yer alıblar.

Simonov ənənəvi olaraq halqalarla, Tixonov turnikdə, Əhmədzadə sərbəst hərəkətlər və dəstəli atda, Ağarzayev də sərbəst hərəkətlərdə çıxış edəcəlklər.

Teymurova və Əliyeva isə bütün proqramlarda yarışacaqlar.

Dünya kubokunda 28 ölkədən 120-dən çox idmançı iştirak edəcək.

İdman.biz