Selcan Mahsudova: “Mövsümə uğurlu nəticə ilə başlamaq istərdim”

Xəbərlər
18 Fevral 2025 17:46
112
Selcan Mahsudova: “Mövsümə uğurlu nəticə ilə başlamaq istərdim”

"Mövsümə uğurlu nəticə ilə başlamaq istərdim".

İdman.biz xəbər verir ki, bunu Azərbaycan batutçusu Selcan Mahsudova deyib.

O, Milli Gimnastika Arenasında keçiriləcək Dünya kubokuna hazırlıqdan danışıb: “Biz ənənəvi olaraq ili öz arenamızda açırıq. Uğurlu nəticəyə ümid edirik ki, Dünya kuboku bütün mövsüm üçün stimul olsun. Bu bizim növbəti yarışlara hazırlığımızı asanlaşdıracaq”.

Olimpiada iştirakçısı sinxron tullanışlarda da çıxış edəcək: “Əslində, tez-tez mənə sual verirdilər ki, niyə özümü sinxron yarışlarda da sınamıram. Ona görə də Bakıda keçiriləcək Dünya kubokunda Şəfiqə Hümbətova ilə birlikdə bu kateqoriyada rəsmən debüt edəcəyəm. Düşünürəm, bu, maraqlı təcrübə olacaq”.

Qeyd edək ki, batut gimnastikası və tamblinq üzrə Dünya kubokunda 15 ölkədən gimnastlar mübarizə aparacaqlar.

İdman.biz