Batut və tamblinq üzrə Dünya kubokunda iştirak edəcək komandalar Bakıya gəlir.
İdman.biz xəbər verir ki, sabah gimnastlar üçün məşq günü olacaq, fevralın 22-də isə yarış start götürəcək.
Batut və tamblinq gimnastları üçün mövsümün açılışı olacaq Dünya kubokunda 15 ölkədən idmançılar çıxış edəcəklər.
Qeyd edək ki, iştirakçı komandalar arasında Yaponiya, İspaniya, ABŞ, Qazaxıstan və digərləri var.
İdman.biz