Dünya kuboku öncəsi sınaq

Xəbərlər
20 Fevral 2025 11:50
93
Dünya kuboku öncəsi sınaq

Fevralın 28-də Milli Gimnastika Arenasında kişi idman gimnastikası üzrə 30-cu, qadın idman gimnastikası üzrə 9-cu Bakı çempionatı və ölkə birinciliyi start götürəcək.

İdman.biz xəbər verir ki, Dünya kuboku öncəsi keçiriləcək yarış iki gün davam edəcək.

Çempionatda həm qadın, həm də kişi gimnastlar balacalar (2018-2017), kiçiklər (2016-2015), uşaqlar (2014-2013), yeniyetmələr (2012-2011), gənclər (2010-2009-2008) və böyüklər (2007 və daha böyüklər) yaş kateqoriyaları üzrə mübarizə aparacaqlar.

Qeyd edək ki, Dünya kuboku martın 6-9-da olacaq.

İdman.biz

Məqalədə: