Avropa Gimnastikası (EG) 2024-cü ilin ən yaxşı gimnastlarını müəyyənləşdirəcək.
İdman.biz xəbər verir ki, ən yaxşılar bir neçə nominasiya üzrə bəlli olacaq: ən yaxşı kişi gimnast, ən yaxşı qadın gimnast, ən yaxşı komanda, ən yaxşı məşqçi və ən yaxşı çıxış.
2023-cü ilin ən yaxşı gimnastı tamblinq üzrə ikiqat dünya çempionu Mixail Malkin, ən yaxşı məşqçisi isə tamblinq üzrə Azərbaycan milli komandasını çalışdıran Adil Hüseynzadə seçilib.
İdman.biz