Bakıdakı Dünya kubokunun ilk yarımfinalçıları müəyyənləşib

Xəbərlər
22 Fevral 2025 12:59
57
Bakıdakı Dünya kubokunun ilk yarımfinalçıları müəyyənləşib

Andrey Buylov Bakıda keçirilən batut gimnastikası və tamblinq üzrə Dünya kubokunun təsnifat yarışının qalibi olub.

İdman.biz xəbər verir ki, neytral bayraq altında mübarizə aparan batutçunun çıxışı hakimlər tərəfindən 63,320 xalla qiymətləndirilib.

Bu nəticə ona ikiqat Olimpiya çempionu, neytral gimnast İvan Litvinoviçi qabaqlayaraq birinci yeri tutmağa imkan verib.

Təsnifatdakı çıxışlarına əsasən, 16 idmançı yarımfinala yüksəlib.

Azərbaycan komandasında kişilər arasında ən yaxşı nəticəni 19-cu yeri tutan Nicat Mirzəyev göstərib.

İdman.biz