Mahsudova Dünya kubokunun yarımfinalında

Xəbərlər
22 Fevral 2025 15:35
48
Mahsudova Dünya kubokunun yarımfinalında

Azərbaycanın batut gimnası Selcan Mahsudova Bakıda keçirilən Dünya kubokunda yarımfinala yüksəlib.

İdman.biz xəbər verir ki, Olimpiya iştirakçısı, dəfələrlə Dünya kuboklarının mükafatçısı olan idmançımız təsnifat mərhələsində 5-ci nəticəni göstərib.

O, hakimlərdən 55.000 xal alıb.

Olimpiadanın gümüş mükafatçısı neytral idmançı Violetta Bardzilovskaya ilkin mərhələdə hamıdan üstün nəticəyə imza atıb.

Azərbaycanın digər batut gimnastı Şəfiqə Hümbətova isə 18-ci olub.

İdman.biz