Milli Gimnastika Arenasında batut gimnastikası və tamblinq üzrə Dünya kubokunun açılış mərasimi keçirilib.
İdman.biz xəbər verir ki, gənclər və idman naziri Fərid Qayıbov mərasimdə salamlama nitqi söyləyib.
O, bildirib ki, gimnastlar ənənəvi olaraq mövsümü Azərbaycanın paytaxtında açırlar: “Bakıda keçirilən Dünya kuboku həmişə batut və tamblinq idmançıları üçün təqvimdə birincidir. Budəfəki yarış isə həm də yeni Olimpiya dövrünün startıdır. Uzun müddətdir ki, Azərbaycanda gimnastikanın müxtəlif növləri üzrə böyük yarışlar keçirilir və biz dünyanın aparıcı gimnastlarını bir daha paytaxtda görməkdən məmnunuq”
Fərid Qayıbov çıxışında Azərbaycanın idman uğurlarında dövlətin böyük rolunu olduğunu, ölkə başçısı İlham Əliyevin, o cümlədən birinci xanım, Azərbaycan Gimnastika Federasiyasının rəhbəri Mehriban Əliyevanın idmana göstərdiyi diqqət və qayğını qeyd edib.
İdman.biz