Millimiz Bakıda keçirilən batut gimnastikası və tamblinq üzrə Dünya kubokunda təsnifat mərhələsində uğurlu çıxış edib.
İdman.biz xəbər verir ki, gimanstlarımız finalda 4 kateqoriyada mübarizə aparacaqlar.
Adil Hacızadə və Tofiq Əliyev tamblinqdə bu imkanı əldə ediblər. Selcan Mahsudova isə batut gimnastikasında fərdi proqramda finala yüksəlib.
Selcan Mahsudova və Əli Niftəliyev dueti batut gimnastikasıda qarışıq sinxron cütlük kateqoriyasında medallar uğrunda yarışacaq.
Qeyd edək ki, tamblinq üzrə finala hər ölkədən 2 finalçı, batut üzrə qarışıq sinxron proqramda isə 1 cütlük vəsiqə qazana bilər.
İdman.biz