Bakıdakı Dünya kuboku - mübarizəyə batutçular başlayıblar

Xəbərlər
23 Fevral 2025 14:53
115
Bakıdakı Dünya kuboku - mübarizəyə batutçular başlayıblar

Batut gimnastikası və tamblinq üzrə Dünya kubokunda yarımfinal çıxışları olub.

İdman.biz xəbər verir ki, yarış gününü kişilərin fərdi mübarizəsində finalçıları müəyyənləşdirən batutçular açıblar.

Yarımfinalda ən yaxşı nəticəni ikiqat olimpiya çempionu neytral idmançı İvan Litvinoviç göstərib.

Həmçinin Ryusei Nishioka, Yusei Matsumoto (hər ikisi Yaponiya), Stanislav Yaskeviç, Maksim Didenko (hər ikisi netral idmançı), Elayca Fogel, Trevor Harder (hər ikisi ABŞ) və Roman Barkov (Qazaxıstan) ilk "səkkizliy"ə daxil olublar.

İdman.biz