Adil Hacızadənin Dünya kuboku zəfəri - FOTO

Xəbərlər
23 Fevral 2025 17:24
133
Adil Hacızadənin Dünya kuboku zəfəri - FOTO

Adil Hacızadə Bakıda batut gimnastikası və tamblinq üzrə Dünya kubokunun qalibi olub.

İdman.biz xəbər verir ki, təsnifat mərhələsində birinci yeri tutan Azərbaycan idmançısı finalda da ən yüksək xal toplayıb.

O, komanda yoldaşı Tofiq Əliyevlə qızıl uğrunda mübarizə aparıb. Nəticədə Bakıdakı ötən Dünya kubokunun gümüş mükafatçısı Hacızadə bu dəfə qalib olub. O, 29.400 xal toplayıb.

Əliyev gümüş, Sergey Finiçenko (neytral idmançı) isə bürünc medallara sahib çıxıblar.

İdman.biz