Almaniyanın Kottbus şəhərində idman gimnastikası üzrə mövsümün ilk Dünya kuboku başa çatıb.
İdman.biz xəbər verir ki, Azərbaycan gimnastı Dəniz Əliyeva son gündə finalında çıxış edib.
İdmançımız dayaqla tullanmada yarışıb və o, 8-ci yeri tutub. Əliyevanın çıxışını hakimlər 12,383 xalla qiymətləndirib.
Turnirin qalibi sloveniyalı Tea Belak (13,299 xal) olub.
Qeyd edək ki, yığmamız mundialda bir medal qazanıb. Nikita Simonov halqalarda gümüş medal əldə edib.
İdman.biz