49 yaşlı Çusovitina Bakıda keçiriləcək Dünya kubokunda

Xəbərlər
25 Fevral 2025 17:04
99
49 yaşlı Çusovitina Bakıda keçiriləcək Dünya kubokunda

Dünya idmanının əfsanəsi Oksana Çusovitina martın 6-9-da Bakıda keçiriləcək idman gimnastikası üzrə Dünya kubokunda iştirak edəcək.

İdman.biz xəbər verir ki, Özbəkistan təmsilçisi ardıcıl 8 dəfə (1992, 1996, 2000, 2004, 2008, 2012, 2016, 2020) Yay Olimpiya Oyunlarında iştirak edən yeganə gimnast kimi Ginnesin Rekordlar Kitabına düşüb.

O, Birləşmiş komandanın heyətində Barselona-1992-nin qalibi olub, Pekin-2008-də isə dayaqla tullanmada gümüş medal qazanıb.

Qeyd edək ki, Çusovitina bu yaxınlarda Almaniyanın Kotbus şəhərində keçirilən Dünya kubokunda dayaqla tullanmada bürünc medala sahib çıxıb.

İdman.biz

Məqalədə: