"Ocaq Sport"un gimnastları İstanbul turnirində

Xəbərlər
26 Fevral 2025 15:06
103
"Ocaq Sport"un gimnastları İstanbul turnirində

Azərbaycanın bədii gimnastika komandası Türkiyəyə yollanıb.

İdman.biz xəbər verir ki, “Ocaq Sport” klubunun idmançıları fevralın 28-də İstanbulda start götürəcək “Ritmika Cup” turnirində iştirak edəcəklər.

Yarışda məşqçi Alina Qontaryovanın rəhbərliyi altında Fərəh Nəsrullayeva, Cilinay Həbibli, Arina Bağırzadə, Suada İskakova, Firuzə Məmmədova, Mişel Aniskina və Nigar Məmmədzadə çıxış edəcək.

Turnirin hakimlərindən biri Nigar Quliyeva olacaq.

İdman.biz

Məqalədə: