İdman gimnastikası üzrə Avropa çempionatı - ilkin rəqəmlər

Xəbərlər
27 Fevral 2025 16:33
85
İdman gimnastikası üzrə Avropa çempionatı - ilkin rəqəmlər

Avropa Gimnastikası (EG) idman gimnastikası üzrə qitə çempionatının ilkin rəqəmlərini açıqlayıb.

İdman.biz xəbər verir ki, yarış mayın 26-31-də Almaniyanın Leypsiq şəhərində təşkil olunacaq.

EG bildirir ki, müraciətlərə uyğun olaraq, qitə çempionatında Azərbaycan da daxil olmaqla 38 ölkədən 323 idmançı iştirak edəcək.

Komandamızın Avropa çempionatında yeddi idmançı (beş kişi və iki qadın) ilə təmsil olunacağı gözlənilir.

İştirakçı idmançıların adları daha sonra açıqlanacaq.

İdman.biz

Məqalədə: