Azərbaycanın akrobatika komandası mövsümü Belçikada açacaq.
İdman.biz xəbər verir ki, martın 6-8-də Puurs-Sint-Amandsda Dünya kubokunun ilk mərhələsi keçiriləcək.
Yarışda ikiqat dünya çempionları Ağasif Rəhimov - Raziyə Seyidli və Daniel Abbasov - Murad Rəfiyev cütlükləri, dünya çempionatının bürünc mükafatçıları Riad Səfərov, Abdulla Əl-Meşaihi, Rəsul Seyidli, Seymur Cəfərov, eləcə də Dünya yaş qrupları yarışlarının qalibləri Nəzrin Zeyniyeva, Anahita Bəşirli və Zöhrə Rəşidova çıxış edəcəklər.
İdman.biz