Dünya kuboku: Əliyeva və Simonov üçün MEDAL ŞANSI

Xəbərlər
8 Mart 2025 09:56
109
Dünya kuboku: Əliyeva və Simonov üçün MEDAL ŞANSI

Bu gün Bakıda keçirilən idman gimnastikası üzrə Dünya kubokunda ilk mükafatçılar bəlli olacaq.

İdman.biz xəbər verir ki, Beynəlxalq Qadınlar Günündə beş final mərhələsi keçiriləcək.

Qadınlar dayaqla tullanma və müxtəlif hündürlüklü qollarda, kişilər sərbəst hərəkətlər, paralel qollar və halqalarda qalibləri müəyyənləşdirəcəklər.

Azərbaycan idmançıları da bu gün iki finalda mübarizə aparacaqlar: Dəniz Əliyeva dayaqla tullanmada, Nikita Simonov halqalarda medal uğrunda mübarizə aparacaqlar.

Qeyd edək ki, Dünya kubokunda 18 ölkədən idmançılar çıxış edir.

İdman.biz