Nikita Simonov: "Çıxış edəndə tamaşaçılara fikir vermirəm"

Xəbərlər
11 Mart 2025 13:49
46
Nikita Simonov: "Çıxış edəndə tamaşaçılara fikir vermirəm"

“Mən çıxış edəndə tamaşaçılara fikir vermirəm. Özümlə yarışıram”.

İdman.biz xəbər verir ki, bunu Azərbaycan gimnastı Nikita Simonov Bakıda Dünya kubokunda qazandığı qələbəni şərh edərkən deyib.

Almaniyanın Kottbus şəhərində keçirilən Dünya kubokunda da halqalarla hərəkətdə gümüş medal qazanan idmançı üçün mövsüm uğurlu başlayıb.

Beynəlxalq Gimnastika Federasiyasına (FIG) danışan Simonov "Mükəmməl hərəkəti necə etmək olar?" sualına belə cavab verib: "Bunu vizuallaşdırmaq, addım-addım bacarıqları inkişaf etdirmək və daim təkmilləşməyə çalışmaq lazımdır".

Qeyd edək ki, 2023-cü ildən idman gimnastikasında təmsilçimizin adını daşıyan “Simonov elementi” var. O bunu 2022-ci ildə Liverpulda keçirilən dünya çempionatı vaxtı halqalarla çıxışında nümayiş etdirib.

Simonovun çıxış edəcəyi növbəti yarış martın 20-23-də Antalyada keçiriləcək Dünya kuboku mərhələsi olacaq.

İdman.biz