Nikita Simonov idman gimnastikası üzrə Dünya kuboku seriyasının lideri olub.
İdman.biz xəbər verir ki, Azərbaycan idmançısı iki mərhələdən sonra halqalarla hərəkətlərdə 55 xalla seriyanın ümumi sıralamasında birinci mövqedə qərarlaşıb.
Almaniyanın Kottbus şəhərində gümüş medal ona 25 xal, Bakıdakı qələbə isə 30 xal qazandırıb.
Onun növbəti yarışı aprelin 20-də Türkiyənin Antalya şəhərində start götürəcək Dünya kubokunun üçüncü mərhələsi olacaq.
Qeyd edək ki, Dünya kuboku seriyası altı mərhələdən ibarətdir.
İdman.biz