Bakıda akrobatika üzrə Dünya kubokunun üçüncü mərhələsi keçiriləcək.
İdman.biz xəbər verir ki, reytinq yarışı iyunun 13-15-də Milli Gimnastika Arenasında təşkil ediləcək.
Ümumilikdə, Dünya kuboku seriyası beş mərhələdən ibarətdir. Mövsüm Purs-Sind-Amansda (Belçika, 6-8 mart) başlayıb, növbəti turnir Burqasda (Bolqarıstan, 30 may-1 iyun) təşkil olunacaq, bundan sonra növbə Bakıya çatacaq.
Daha sonra Dünya kubokuna Aalen (Almaniya, 19-21 iyun), final mərhələsinə isə Rjeşof (Polşa, 27-29 iyun) ev sahibliyi edəcək.
Qeyd edək ki, artıq 2018-ci ildə Bakıda akrobatika üzrə Dünya kuboku, iki il əvvəl isə paytaxtda bu növ üzrə dünya çempionatı, həmçinin yaş qrupları üzrə Dünya yarışları keçirilib.
İdman.biz