“Əla heyət fantastik rəqabət vəd edir!"
İdman.biz xəbər verir ki, Avropa Gimnastikası (EG) akrobatika üzrə qitə çempionatının əsas ulduzlarından danışarkən Azərbaycan millisini də belə təqdim edib.
EG portalı akrobatlarımız haqqında məlumatı belə tamamlayıb: "Azərbaycanlı qarışıq cütlük Ağasif Rəhimov və Raziyə Seyidli, eləcə də kişi dueti Daniel Abbasov və Murad Rəfiyevin çıxışlarını görəcəyik. Hər iki duet həm hazırkı Avropa çempionları, həm də hazırkı dünya çempionlarıdır”.
Qeyd edək ki, 23 ölkədən 359 idmançının qatılacağı akrobatika üzrə Avropa çempionatı aprelin 16-20-də Lüksemburqda keçiriləcək.
İdman.biz