Gimnastların Dünya kubokunda yarışacaqları növlər müəyyənləşib

Xəbərlər
13 Mart 2025 17:56
24
Gimnastların Dünya kubokunda yarışacaqları növlər müəyyənləşib

Azərbaycan idmançıları martın 20-də Antalyada start götürəcək idman gimnastikası üzrə Dünya kubokunda çıxış edəcəkləri növlərlə bağlı qərar veriblər.

İdman.biz xəbər verir ki, Türkiyəyə 6 gimnastımız yollanacaq.

Kişilərin yarışında Dünya kubokunda ümumi hesabda lider olan Nikita Simonov halqalarda məharətini nümayiş etdirəcək, İvan Tixonov dəstəli at və paralel qollarda, Murad Ağarzayev sərbəst hərəkətlər və dayaqla tullanma, Rəsul Əhmədzadə isə paralel qollar, dəstəli at və sərbəst hərəkətlərdə çıxış edəcəklər.

Qadınların yarışında Dəniz Əliyeva və Nazənin Teymurova proqramın bütün növlərində - sərbəst hərəkətlər, müxtəlif hündürlüklü qollar, gimnastika tiri və dayaqla tullanmada yarışacaqlar.

İdman.biz