Azərbaycanın qrup komandası mövsümü Fransada açacaq

Xəbərlər
14 Mart 2025 10:35
30
Azərbaycanın qrup komandası mövsümü Fransada açacaq

Azərbaycan bədii gimnastları yarış mövsümünü Fransada açacaqlar.

İdman.biz xəbər verir ki, martın 29-30-da Thiais şəhərində qrup hərəkətləri komandamızın da çıxış edəcəyi ənənəvi Qran Pri yarışı keçiriləcək.

Turnirdə Kanada, Estoniya, Çexiya, ABŞ, Macarıstan, Fransa və Özbəkistan təmsilçilərinin iştirakı gözlənilir.

Qruplar üç dəst mükafat uğrunda - çoxnövçülükdə və iki digər növün finalında mübarizə aparacaqlar.

Qeyd edək ki, ötən il bədii gimnastlarımız Thiaisdə beş halqa ilə hərəkətlərdə qızıl medal qazanıblar.

İdman.biz

Məqalədə: