Mustafayeva və Dolmatov Dünya kubokunun finalında

Xəbərlər
22 Mart 2025 14:10
63
Mustafayeva və Dolmatov Dünya kubokunun finalında

Portuqaliyanın Kantanhede şəhərində aerobika üzrə Dünya kuboku keçirilir.

İdman.biz xəbər verir ki, Mədinə Mustafayeva - Vladimir Dolmatov qarışıq cütlüyü təsnifat mərhələsində uğurlu nəticə göstəriblər.

Azərbaycan təmsilçiləri çıxışlarına görə 19.250 xal alaraq birinci yerdən finala yüksəliblər.

Qeyd edək ki, Mustafayeva və Dolmatov dünya çempionatının gümüş mükafatçılarıdır.

İdman.biz