Azərbaycan gimnastı Dünya kubokunda gümüş qazanıb

Xəbərlər
22 Mart 2025 21:32
53
Azərbaycan gimnastı Dünya kubokunda gümüş qazanıb

Azərbaycan gimnastı Nikita Smirnov Antalyada keçirilən idman gimnastikası üzrə Dünya kubokunda uğurlu çıxış edib.

İdman.biz xəbər verir ki, təmsilçimiz yarışın gümüş medalını qazanıb.

Nikita halqalarla çıxışda 14.267 xal toplayaraq fəxri kürsüdə yer almağı bacarıb. Qızıl medal Çin, bürünc isə Türkiyə gimnastına qısmət olub.

Qeyd edək ki, Smirnov mövsümün Kottbusda keçirilən ilk yarışında gümüş, az əvvəl Bakıdakı Dünya kubokunda isə qızıl medal qazanmışdı.

İdman.biz