Portuqaliyanın Kantanhede şəhərində aerobika gimnastikası üzrə Dünya kuboku davam edir.
İdman.biz xəbər verir ki, final mərhələsinə yüksələn Azərbaycan gimnastları Mədinə Mustafayeva və Vladimir Dolmatov həlledici çıxışlarını da uğurlar tamamlayıblar.
Qarışıq cütlüyümüz 19,350 xalla qızıl medal qazanıb.
Qeyd edək ki, dünya çempionatının gümüş medalçıları finala da birinci yerin sahibi kimi yüksəlmişdilər.
İdman.biz