Simonov və digərləri Xorvatiyaya yollanacaq

Xəbərlər
25 Mart 2025 11:49
56
Simonov və digərləri Xorvatiyaya yollanacaq

İdman gimnastikası üzrə Dünya kuboku seriyası Xorvatiyada davam edəcək.

İdman.biz xəbər verir ki, reytinq yarışı aprelin 10-13-də Osiyekdə keçiriləcək.

Turnirdə Azərbaycan idmançıları da çıxış edəcəklər.

Komandanın heyətinə Dünya kubokunda halqalar üzrə hərəkətlərdə lider olan Nikita Simonov, həmçinin İvan Tixonov, Rəsul Əhmədzadə və Dəniz Əliyeva daxil edilib.

Osiyekdə keçiriləcək Dünya kubokunda, əvvəlki mərhələlərdə olduğu kimi, iştirakçılar yalnız fərdi yarışlarda mübarizə aparacaqlar.

İdman.biz