Bakıda bədii gimnastika üzrə beynəlxalq turnir başlayıb

Xəbərlər
28 Mart 2025 10:38
64
Bakıda bədii gimnastika üzrə beynəlxalq turnir başlayıb

Bu gün Bakıda bədii gimnastika üzrə “AGF Trophy” beynəlxalq turniri start götürüb.

İdman.biz xəbər verir ki, yarışda 16 ölkədən idmançılar çıxış edəcək.

Gimnastlar həm çoxnövçülük, həm də fərdi yarışlarda mübarizə aparacaqlar.

Bu gün proqramın səhər hissəsində yeniyetmələr halqa və topla çıxış edəcəklər, daha sonra böyüklər bu növlərdə bacarıqlarını nümayiş etdirəcəklər.

Həmçinin qrup hərəkətləri komandaları çoxnövçülük yarışı çərçivəsində beş halqa ilə kompozisiya ifa edəcəklər.

Milli Gimnastika Arenasındakı yarış martın 30-da başa çatacaq.

İdman.biz

Məqalədə: