Dörd gimnastımız “AGF Trophy”nin finalında - FOTO

Xəbərlər
28 Mart 2025 15:17
60
Dörd gimnastımız “AGF Trophy”nin finalında - FOTO

Bakıda bədii gimnastika üzrə “AGF Trophy” beynəlxalq turniri start götürüb.

İdman.biz xəbər verir ki, yarışda 16 ölkədən idmançılar çıxış edir.

Yeniyetmələr arasında halqa və topla hərəkətlər üzrə təsnifat mərhələsindən sonra dörd azərbaycanlı gimnast finala yüksəlib.

Şəms Ağahüseynova və Ayla İbrahimova topla hərəkətlərdə, Azadə Atakişiyeva və Nur Sadıqova halqa ilə hərəkətlərdə finalda çıxış edəcəklər.

Proqramda daha sonra böyüklər iki növdə yarışacaq, qrup hərəkətləri komandaları isə çoxnövçülükdə beş halqa ilə kompozisiya ifa edəcəklər.

İdman.biz

Məqalədə: