Bakıda bədii gimnastika üzrə “AGF Trophy” beynəlxalq turniri davam edir.
İdman.biz xəbər verir ki, yeniyetmələrdən ibarət qrup komanda yarışlarının qalibləri müəyyənləşib.
Macarıstanlı gimnastlar qızıl, gürcülər gümüş, meksikalılar isə bürünc medal qazanıblar.
Azərbaycan qrupu beş halqa və beş gürzlə yarışların finalına çıxaraq yekunda beşinci olub.
İdman.biz