Azərbaycanlı gimnast Şəms Ağahüseynova "AGF Trophy" beynəlxalq turnirinin final günündə ikinci medalını qazanıb.
İdman.biz xəbər verir ki, o, lentlə hərəkətlərin finalında 24.500 xal toplayıb və bürünc medal qazanıb.
Bu yarışda Fidan Qurbanlı dördüncü yeri tutub.
Akmaral Erikeşeva (Qazaxıstan) lentlə qızıl, Elene Bakradze (Gürcüstan) gümüş medal qazanıb.
Qeyd edək ki, bundan əvvəl Ağaqüseynova topla hərəkətdə üçüncü yeri tutub, yeniyetmələrdən ibarət qrup komandası isə beş halqa ilə yarışda gümüş medal qazanıb. Öz növbəsində Azadə Atakişiyeva gürzlərlə hərəkətlərdə finalın qalibi olub.
İdman.biz