Gümüş medal qazanan gimnast: "Möhtəşəm ab-hava motivasiyamızı daha da artırdı"

Xəbərlər
30 Mart 2025 17:07
50
Gümüş medal qazanan gimnast: "Möhtəşəm ab-hava motivasiyamızı daha da artırdı"

"Çıxışımızdan olduqca razı qaldıq. Lakin daha yaxşı performans göstərib, qızıl medal qazanmaq istərdik".

İdman.biz xəbər verir ki, bu sözləri AZƏRTAC-a açıqlamasında Bakıda keçirilən bədii gimnastika üzrə "AGF Trophy" beynəlxalq turnirində gümüş medal qazanan Azərbaycanın qrup hərəkətləri komandasının üzvü Nəzrin Salmanlı deyib.

İdmançı yarışa ciddi hazırlaşdıqlarını bildirib: "Doğma arenada çıxış etmək çox gözəl hissdir. İkiqat məsuliyyət hiss etdiyimiz üçün yaxşı hazırlıq keçmişdik. Milli Gimnastika Arenasındakı möhtəşəm ab-hava çıxışımız zamanı motivasiyamızı daha da artırdı. Buna görə də bizi dəstəkləyən azarkeşlərimizə təşəkkür.

İdman.biz