İlona Zeynalovanın "AGF Trophy"də "gümüş” lenti

Xəbərlər
30 Mart 2025 17:43
49
İlona Zeynalovanın "AGF Trophy"də "gümüş” lenti

Bakıda bədii gimnastika üzrə “AGF Trophy” beynəlxalq turnirinin final günüdür.

İdman.biz xəbər verir ki, böyüklərin yarışında da final mərhələsinə start verilib.

Lentlə hərəkətdə Azərbaycan idmançısı İlona Zeynalova gümüş medal qazanıb.

Zöhrə Cəfərova bu yarışda beşinci olub.

Qeyd edək ki, yeniyetmələrin yarışında gürzlə hərəkətdə Azadə Atakişiyeva, top və lentlə hərəkətdə isə Şəms Ağagüseynova üçüncü olublar. Yeniyetmələrdən ibarət qrup komandası isə beş halqa ilə hərəkətlərdə gümüş medal qazanıb.

İdman.biz