Azərbaycanın daha iki gimnastı "AGF Trophy"də fəxri kürsüdə

Xəbərlər
30 Mart 2025 17:56
54
Azərbaycanın daha iki gimnastı "AGF Trophy"də fəxri kürsüdə

Bakıda keçirilən "AGF Trophy" beynəlxalq turnirində topla hərəkətlərdə iki azərbaycanlı gimnast eyni vaxtda fəxri kürsüyə qalxıb.

İdman.biz xəbər verir ki, bu növdə birinci yeri Zöhrə Cəfərova tutub.

O, 25.850 xal toplayıb və rəqibləri üçün əlçatmaz olub. Hakimlərdən 23.400 xal alan Kamilla Seyidzadə isə gümüş medal qazanıb.

Bundan əvvəl İlona Zeynalova lentlə hərəkətdə fərqlənərək gümüş medala sahib çıxıb.

İdman.biz