Kamilla Seyidzadə Bakıda keçirilən "AGF Trophy" beynəlxalq turnirində gürzlərlə hərəkətlərdə gümüş medal qazanıb.
İdman.biz xəbər verir ki, topla hərəkətlərdə ikinci yeri tutan azərbaycanlı gimnast gürzlərlə finalda da fərqlənib.
Seyidzadə 25.900 xal toplayıb və bu, ona gümüş mükafatçı olmağa imkan verib.
Zöhrə Cəfərova da yarışın final günündə ikinci dəfə fəxri kürsüyə qalxıb. O, topla hərəkətlərdə qalib gəldikdən sonra lentlə finalda da bürünc medal qazanıb.
Beləliklə, gimnastlarımız bütün finallarda fərqləniblər. Bundan əvvəl İlona Zeynalova halqa ilə hərəkətlərdə ikinci olub.
İdman.biz