Gimnastika üzrə Dünya kuboku seriyası başlayır

Xəbərlər
31 Mart 2025 14:34
48
Gimnastika üzrə Dünya kuboku seriyası başlayır

Bu həftə bədii gimnastika üzrə Dünya kuboku seriyasına start veriləcək.

İdman.biz xəbər verir ki, 4 mərhələdən ibarət yarışlardan biri Bakıda baş tutacaq.

İlk turnir aprelin 4-6-da Bolqarıstanın paytaxtı Sofiyada olacaq. Qarşıdakı yarışda Azərbaycanı İlona Zeynalova və Zöhrə Cəfərova təmsil edəcəklər.

Dünya kubokunun mərhələləri:

4-6 aprel - Sofiya (Bolqarıstan)
18-20 aprel - Bakı
25-27 aprel - Daşkənd (Özbəkistan)
18-20 iyul - Milan (İtaliya)

İdman.biz

Məqalədə: