Batutçular İtaliyaya yollanırlar

Xəbərlər
1 Aprel 2025 10:51
47
Batutçular İtaliyaya yollanırlar

Batut üzrə Dünya kuboku seriyası bu həftə davam edəcək.

İdman.biz xəbər verir ki, fevralda Bakıda keçirilən birinci mərhələdən sonra batut gimnastikasının ulduzları aprelin 4-6-da İtaliyanın Riççione şəhərində bir araya gələcəklər.

Reytinq turnirində Azərbaycan gimnastları da çıxış edəcəklər. Olimpiya iştirakçıları Selcan Mahsudova və Əli Niftəliyev bacarıqlarını nümayiş etdirəcəklər.

Bakıda keçirilən Dünya kubokunda onlar batutun yeni növü olan qarışıq cütlüklər arasında sinxron tullanmada bürünc medal qazanıblar.

Qeyd edək ki, İtaliyada 23 ölkədən gimnastlar çıxış edəcəklər.

İdman.biz