Beynəlxalq Gimnastika Federasiyası iyunun 18-22-də Bolqarıstanın paytaxtı Sofiyada yeniyetmələr arasında keçiriləcək bədii gimnastika üzrə dünya çempionatında rekord sayda iştirakçı olacağını açıqlayıb.
İdman.biz xəbər verir ki, Təşkilat Komitəsinə 64 ölkədən müraciət daxil olub.
Yarışda on gimnastla (dörd fərdi və bir qrup) Azərbaycan komandası da çıxış edəcək. Hələlik müraciətlər ümumi xarakter daşıyır və iştirakçı idmançıların adları daha sonra açıqlanacaq.
64 ölkə - üçüncü dəfə keçiriləcək yeniyetmələr arasında dünya çempionatı üçün rekord göstəricidir. 2019-cu ildə ilk analoji yarışda 61 ölkədən idmançılar iştirak edirdisə, 2023-cü ildə onların sayı 60 olub.
Sofiyadakı yarışa 33 qrup komandası daxil olmaqla ümumilikdə 375 gimnast qatılacaq.
İdman.biz