Azərbaycan Gimnastika Federasiyası ölkədaxili daha bir yarışın keçiriləcəyini açıqlayıb.
İdman.biz xəbər verir ki, aprelin 10-12-də bədii gimnastika üzrə Bakı çempionatı keçiriləcək.
Milli Gimnastika Arenasında müxtəlif yaş qrupları üzrə idmançılar gimnastika alətlərində bacarıqlarını göstərəcəklər.
Onlar lent, halqa, gürz və toplarla kompozisiyalar nümayiş etdirəcəklər.
İdman.biz