Aprelin 1-də gənclər və idman naziri Fərid Qayıbov Beynəlxalq Gimnastika Federasiyasının (FIG) “Gimnastika hamı üçün” Komitəsinin prezidenti Roqerio Valerio ilə görüşüb.
İdman.biz xəbər verir ki, görüşdə gimnastikanın inkişafı, beynəlxalq əməkdaşlığın genişləndirilməsi və bu sahədə təcrübə mübadiləsinin aparılması müzakirə edilib.
Azərbaycan və FIG-nin “Gimnastika hamı üçün” Komitəsi arasında əməkdaşlığın gücləndirilməsi və qarşılıqlı fəaliyyətin genişləndirilməsi perspektivləri barədə fikir mübadiləsi aparılıb.
Görüşdə həmçinin FIG-nin “Gimnastika hamı üçün” Komitəsinin üzvləri və Azərbaycan Gimnastika Federasiyasının rəsmiləri iştirak ediblər.
İdman.biz