Gimnaziada İdman Oyunları çərçivəsində Serbiyanın Novi Sad şəhərində idman gimnastlarının mübarizəsinə start verilib.
İdman.biz-in yarışa ezam olunmuş əməkdaşı xəbər verir ki, ilk gündə Azərbaycan millisinin 3 idmançısı təsnifat mərhələsini uğurla başa vurub.
Gimnastlarımızdan Leyla Məmmədzadə dayaqla tullanmada (12,250 xal) və sərbəst hərəkətlərdə (11,500 xal) final mərhələsinə yüksəlib.
Digər təmsilçimiz Aynaz Məcidzadə müxtəlif hündürlüklü qollarda (10,400) eyni uğuru təkrarlayıb.
Albina Aliyeva da medal şansını qoruyur. O, dayaqlı tullanmada (12,175 xal) final mərhələsinə yüksəlib.
Həlledici mərhələ aprelin 7-də olacaq.
Qeyd edək ki, təsnifat mərhələsində Məhəmməd Rüstəmzadə və Xədicə Abbaszadə də mübarizə aparıblar.
İdman.biz