Gimnastlarımız Dünya kubokunda bürünc medal qazanıblar

Xəbərlər
7 Aprel 2025 09:28
99
Gimnastlarımız Dünya kubokunda bürünc medal qazanıblar

Azərbaycanın batut gimnastikası üzrə yığma komandası İtaliyanın Riççione şəhərində keçirilən Dünya Kubokunda bürünc medal qazanıb.

İdman.biz xəbər verir ki, qarışıq cütlüklərin sinxron tullanma yarışında Selcan Mahsudova və Əli Niftəliyev fəxri kürsüyə yüksəliblər.

Finalda göstərdikləri performansa görə, gimnastlarımız 46.570 xal toplayıblar. Bu, onların Dünya kubokunda əldə etdikləri 2-ci medal olub.

Qeyd edək ki, batutçularımız Bakıda keçirilən seriyanın ilk mərhələsində də bürünc medal qazanıblar.

İdman.biz

Məqalədə: