Gimnaziada: Gimnastımız 5-ci olub - FOTO

Xəbərlər
7 Aprel 2025 20:41
84
Gimnaziada: Gimnastımız 5-ci olub - FOTO

Gimnaziada İdman Oyunları çərçivəsində Serbiyanın Novi Sad şəhərində keçirilən idman gimnastlarının mübarizəsinə yekun vurulub.

İdman.biz-in yarışa ezam olunmuş əməkdaşı xəbər verir ki, Azərbaycan gimnastları final mərhələsində iştirak ediblər.

Leyla Məmmədzadə dayaqla tullanmada (11,950 xal) 5-ci, sərbəst hərəkətlərdə (10,446 xal) 7-ci yeri tutub.

Digər təmsilçimiz Aynaz Məcidzadə müxtəlif hündürlüklü qollarda (5,900), Albina Aliyeva isə dayaqla tullanmada (11,583 xal) 8-ci olub.

Qeyd edək ki, təsnifat mərhələsində Məhəmməd Rüstəmzadə və Xədicə Abbaszadə də mübarizə aparıblar.

İdman.biz