Selcan Mahsudova və Əli Niftəliyev batut gimnastikası üzrə Dünya kubokunun ümumi sıralamasında liderliyə yüksəliblər.
İdman.biz xəbər verir ki, buna gimnastların İtaliyanın Riççione şəhərində keçirilən Dünya kubokunun ikinci mərhələsində qazandıqları bürünc medal səbəb olub.
Nəticə qarışıq cütlüklərin sinxron tullanma yarışında çıxış edən Mahsudova və Niftəliyevə 50 xal qazandırıb: onlar Bakıda keçirilən ilk turnirdə də bürünc medala sahib çıxaraq hesablarına eyni xalı yazdırmışdılar.
İdmançılarımız ümumi hesabda özbəkistanlı Firəngiz Ruziyeva və Mirzohid Hasanboyev, amerikalı Trevor Harder və Aleksandra Mıtnik duetlərini qabaqlayıblar.
İdman.biz