Azərbaycan akrobatları Avropa yarışına start veriblər

Xəbərlər
11 Aprel 2025 11:44
61
Azərbaycan akrobatları Avropa yarışına start veriblər

Bu gün Lüksemburqda akrobatika üzrə Avropa yaş qrupları yarışları başlayıb.

İdman.biz xəbər verir ki, Azərbaycan gimnastları ilk çıxış ediblər.

12-18 yaşlı iştirakçılar arasında keçirilən yarışda Ceyla Əlizadə, Qəşəng Ağamoğlanlı və Dinara İbadovadan ibarət qadın qrupu balans hərəkətləri nümayiş etdirib.

Komandamız 26.900 xal toplayıb və İsrail-2 və Fransa-2 kollektivlərini qabaqlayaraq səkkizinci yeri tutub.

Qeyd edək ki, Azərbaycan qadınların qrup yarışlarında təmsil olunur. Digər üçlük isə Aydan Bayramova, Zeynəb Yusifova və Nəzrin Kazımzadədən ibarətdir.

İdman.biz