Bakıda Dünya kubokunda 18 qrup çıxış edəcək

Xəbərlər
12 Aprel 2025 19:20
42
Bakıda Dünya kubokunda 18 qrup çıxış edəcək

Aprelin 18-20-də Bakıda keçiriləcək bədii gimnastika üzrə Dünya kubokunda 18 ölkənin qrup hərəkətləri komandası çıxış edəcək.

İdman.biz xəbər verir ki, turnirdə ev sahibləri ilə yanaşı, Çin, İsrail, Bolqarıstan, ABŞ, İtaliya, Yaponiya, Macarıstan, Qırğızıstan, Malayziya, Ukrayna, Türkiyə, Qazaxıstan, Finlandiya, Özbəkistan, Andorra, Almaniya və Litva komandaları bacarıqlarını nümayiş etdirəcəklər.

Qrup yarışlarında üç dəst mükafat uğrunda mübarizə gedəcək: çoxnövçülükdə və müxtəlif növlərin finalında.

İdman.biz